Cümə 29.03.2024

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Bununla bağlı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qərar qəbul edilib.

Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatı isə 27 - 29 mayda keçiriləcək.

Qeyd edək ki, dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi.