Cümə 29.03.2024

“Bayern Münhen” ardıcıl 8-ci dəfə Almaniya çempionu oldu

“Bayern Münhen” ardıcıl 8-ci dəfə Almaniya çempionu oldu

“Bayern Münhen” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.

Münhen təmsilçisi Bremendə “Verder”ə qalib gəlməklə (1:0) bu uğura imza atıb. Matçda yeganə qolu 43-cü dəqiqədə Robert Levandovski vurub.

“Bavariya” 32 matçda 76 xal toplayıb. 66 xalla ikinci pillədə qərarlaşan Dortmund “Borussiya”sı turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib.

Nəticədə “Baayern Münhen” vaxtından əvvəl, sona 2 tur qalmış tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-cu dəfə çempion adını qazanıb.