Şənbə 20.04.2024

Kuboku "Napoli" qazandı, Ronaldu ilk dəfə ardıcıl iki finalda uduzdu

Kuboku "Napoli" qazandı, Ronaldu ilk dəfə ardıcıl iki finalda uduzdu

İtaliya Kubokunun final oyunu keçirilib. Həlledici oyunda “Napoli” və “Yuventus” klubları qarşılaşıb.

Finalın əsas vaxtı qolsuz başa çatıb. Komandalar qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyasına keçiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (4:2) “Napoli” İtaliya kubokunun qalibi olub.

Bu, Neapol klubunun tarixində 6-cı belə uğurdur. “Napoli” 1962, 1976, 1987, 2012 və 2014-cü illərdə də kubokun qalibi olmuşdu. Bu baxımdan rekord isə “Yuventus”a məxsusdur – 13 kubok.

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu karyerasında ilk dəfə iki final matçını ardıcıl olaraq məğlub tərk edib. Bundan əvvəl "Yuventus" ölkənin Superkubok uğrunda matçda "Latsio"ya uduzub (1:3).