• Çərşənbə axşamı, 29 Sentyabr 2020
news-details
Xəbərlər

"Çelsi" Timo Verneri transfer etdi

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, London təmsilçisi Almaniya "Leypsiq"indən Timo Verneri transfer edib. 24 yaşlı almaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. Forvard tibbi müayinədən sonra iyulda "Çelsi"yə qoşulacaq.

Bildirilir ki, London təmsilçisi futbolçu üçün Bundesliqa klubuna 47,5 milyon funt sterlinq ödəyəcək. Verner isə “Çelsi”də həftədə 170 min funt qazanacaq.

Qeyd edək ki, Timo Verner 2019/2020 mövsümündə "Leypsiq"in heyətində 43 oyun keçirib, 32 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər