Çərşənbə 24.04.2024

Kərim Benzema Ferents Puşkaşı geridə qoydu

Kərim Benzema Ferents Puşkaşı geridə qoydu

İspaniya La Liqasının 29-cu turunda “Real” “Valensiya”nı qəbul edib. “Alfredo di Stefano” stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 61-ci dəqiqəsində "Real"ın hücumçusu Kerim Benzema hesabı açıb. 13 dəqiqə sonra əvəzetmə ilə meydana çıxmış digər hücumçu Marko Asensio meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb - 2:0. 86-cı dəqiqədə Benzema dubl edib.

Fransız hücumçu Madrid klubunda 243-cü qolunu vurub və "Real"da 242 qola imza atan əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub.

"Real Madrid" tarixində ən çox qolu hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu vurub - 450. Sabiq futbolçular Raul Qonzales (323) ikinci, Alfredo Di Stefano (308) üçüncü, Santillana (289) isə 4-cü yerdə qərarlaşıb.

"Real" bu qələbədən sonra xallarının sayını 62-yə çatdıraraq turnir cədvəlində ikinci yerdəki mövqeyini möhkəmlədib.