Cümə 29.03.2024

İki güləşçimiz dünya çempionatının finalında!

İki güləşçimiz dünya çempionatının finalında!

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

1/8 finaldan yarışa qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da məğlub edən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli güləşçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub.

Qeyd edək ki, final qarşılaşmaları sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.