Cümə 29.03.2024

PFL "Qarabağ"ın mükafatlandırılma mərasimi ilə bağlı dəyişiklik etdi

PFL "Qarabağ"ın mükafatlandırılma mərasimi ilə bağlı dəyişiklik etdi

2019/2020 mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubunun mükafatlandırılma mərasiminin vaxtı və planında dəyişiklik olub.

Peşəkar Futbol Liqasının saytının verdiyi xəbərə görə, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:50-də deyil, 19:00-da keçiriləcək.

Ağdam klubuna çempionluq kuboku və qızıl medalların təqdim olunacağı mərasim canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Tədbir "Azersun Arena"da keçiriləcək. Medallar və kuboku PFL prezidenti Ramin Musayev klub rəhbərliyinə təqdim edəcək.