Çərşənbə 24.04.2024

“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir

“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.

Bunlar Baqali Dabo və Stiven Monroz (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emrelidir (“Qarabağ”). Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.

Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.

İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb (PFL).