Cümə 29.03.2024

"Real" liderliyi ələ keçirdi

"Real" liderliyi ələ keçirdi

İspaniya La Liqasında 30-cu tura yekun vurulub. "Real Madrid" səfərdə "Real Sosyedad"la üz-üzə gəlib və 2:1 qələbə qazanıb.

İkinci hissədə hesabı 11 metrlik cərimə zərbəsi ilə Serxio Ramos açıb. Oyununn 71-ci dəqiqəsində Madrid klubu Kərim Benzema ilə hesab arasındakı fərqi artırıb. Görüşün 83-cü dəqiqəsində Mikel Mirino qollardan birinin əvəzini çıxıb.

Beləliklə, bu görüşdə qələbə qazanan "Real Madrid" "Barselona"nın xal itirməsindən maksimum yararlanıb və zirvəyə yüksəlib. "Real Sosyedad" isə 47 xalla 6-cı yerdə qərarlaşıb.