news-details
Xəbərlər

“Sabah” “Sumqayıt”a uduzdu, “Qəbələ” qələbəni əldən verdi

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. Ilk oyun günündə iki görüş keçirilib.

Son üç turda ardıcıl məğlubiyyətlərlə üzləşən “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edib və minimal hesanlı qələbəyə sevinib.

Günün digər matçı isə “Səbail”lə “Qəbələ” arasında olub. Qarşılaşmada hesabı bölgə təmsilçisi açıb. Amma paytaxt klubu məğlubiyyətdən qaçmağı bacarıb.

Turun digər oyunlarına gəlincə, sabah “Neftçi” “Keşlə” ilə üz-üzə gələcək, sentyabrın 23-də “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

V tur

21 sentyabr

"Sumqayıt” – “Sabah” 1:0

Qol: S.Taşqın, 34.

Qırmızı vərəqə: M.Şərifi, 77 (ikinci sarı).

“Sumqayıt Arena”. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev

"Səbail” – “Qəbələ” 1:1

Qollar: M.Abbasov, 68 - R.Muradov, 17.

“ASCO Arena”. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.

Digər xəbərlər