Çərşənbə axşamı 23.04.2024

“Neftçi”dən ayrılan futbolçu “Keşlə”də

“Neftçi”dən ayrılan futbolçu “Keşlə”də

“Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. Paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı anlaşmanın müddəti açıqlanmayıb.

Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son iş yeri “Neftçi” olub.

"Keşlə" 4 futbolçu - Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqavilə müddətini uzadıb. Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə isə yenilənməyib.