Cümə 26.04.2024

Ronaldu A Seriyasının tarixinə düşdü

Ronaldu A Seriyasının tarixinə düşdü

İtaliya A Seriyasının 27-ci turunda "Yuventus" "Bolonya"nın qonağı olub.

"Renato Dall Ara" stadionunda keçirilən matçda hesab ilk hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştianu Ronaldu 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bununla o, yeni rekord müəyyənləşdirib.

35 yaşlı hücumçu A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub. 43-cü qoluna imza atan Ronaldu bu göstəriciyə görə "Milan" və "Fiorentina"nın sabiq portuqaliyalı futbolçusu Ruy Koştanı geridə qoyub.

36-cı dəqiqədə Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Oyunda başqa qol olmayıb, "Yuve" 2:0 qalib gəlib.

Qeyd edək ki, "Yuventus" 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. "Bolonya" isə 34 xalla 10-cu yerdə qərarlaşıb.