Cümə 26.04.2024

"Keşlə" legioneri ilə müqavilə müddətini artırdı

"Keşlə" legioneri ilə müqavilə müddətini artırdı

“Keşlə” klubu futbolçusu Miyuşko Boyoviçlə müqavilə müddətini artırıb.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, 32 yaşlı monteneqrolu müdafiəçi gələn mövsüm də paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl "Keşlə" "Neftçi"dən ayrılan Tural Axundovla anlaşıb, Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb.

Cabir Əmirli "Neftçi"yə keçibsə, Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə uzadılmayıb.