Cümə axşamı 28.03.2024

"Keşlə"dən növbəti transfer

"Keşlə"dən növbəti transfer

"Keşlə" yeni mövsüm üçün ikinci futbolçu transferini həyata keçirib.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, Tural Axundovun ardından Şəhriyar Əliyevlə müqavilə bağlanılıb. Lakin anlaşmanın müddəti açıqlanmayıb.

"Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış 27 yaşlı müdafiəçinin son klubu "Sumqayıt" olub.