Çərşənbə axşamı 23.04.2024

"Sabah" növbəti transferini rəsmiləşdirdi

"Sabah" növbəti transferini rəsmiləşdirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun saytının verdiyi xəbərə görə, son olaraq "Keşlə"də çıxış edən müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarının formasını geyinib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.