• Çərşənbə axşamı, 07 İyul 2020
news-details
Xəbərlər

FIFA-dan milli federasiyalara maliyyə yardımı

FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, AFFA da daxil olmaqla təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.

6 konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.

Digər xəbərlər