Cümə 26.04.2024

Qrup hərəkətləri komandamız “Tokio 2020”yə lisenziya qazanıb

Qrup hərəkətləri komandamız “Tokio 2020”yə lisenziya qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının təsnifat yarışlarına yekun vurulub.

İki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub.

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanıb. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq Olimpiadada iştirak edəcək.

Hər dörd komanda ilk beşlikdə yer aldığı üçün millimiz “Tokio 2020”yə vəsiqəni təmin edib.