news-details
Xəbərlər

Millimizin qapıçısı "Sabah"da

“Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

klubun rəsmi saytının verdiyi məlumata görə, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.

Digər xəbərlər