Cümə axşamı 25.04.2024

İngiltərə Federasiya Kubokunda yarımfinalçılar müəyyənləşdi - VİDEO

İngiltərə Federasiya Kubokunda yarımfinalçılar müəyyənləşdi - VİDEO

İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Arsenal” çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib. “Lester”in qonağı olan “Çelsi” buna minimalhesablı qələbə sayəsində nail olub. “Mançester Siti” isə “Nyukasl”la qarşılaşmadan qalib ayrılıb.

İlk oyun günündə “Mançester Yunayted” “Norviç”i məğlub etmişdi.

Beləliklə, yarımfinalda “Mançester Yunayted” “Çelsi”ylə, “Arsenal” isə “Mançester Siti”ylə qarşılaşacaq.

İngiltərə Federasiya Kuboku, 1/4 final

27 iyun

"Norviç Siti" – "Mançester Yunayted" - 1:2
Qollar: Kantuell, 75 – İqalo, 51. Maquayr, 118.

28 iyun

"Şeffild Yunayted" – "Arsenal" - 1:2
Qollar: Makqoldrik, 87 – Pepe, 25-pen. Sebalyos, 90+1.

"Lester Siti" – "Çelsi" - 0:1
Qol: Barkli, 63.

"Nyukasl" – "Mançester Siti" - 0:2
Qollar: De Breyne, 37-pen. Sterlinq, 68