Cümə axşamı 28.03.2024

“Keşlə” 5, “Sabah” isə 1 futbolçu ilə vidalaşdı

“Keşlə” 5, “Sabah” isə 1 futbolçu ilə vidalaşdı

“Keşlə” 5 futbolçu ilə yolları ayırıb. Klubun saytının verdiyi xəbərə görə, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələri qarşılıqlı razılıq əsasında yenilənməyib.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə komandaya transfer olunublar. Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.

“Sabah” isə Məqsəd İsayevlə yollarını ayırıb. 26 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.