Cümə 29.03.2024

AFFA-dan Roy Kin açıqlaması

AFFA-dan Roy Kin açıqlaması

AFFA Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "CBC Sport"a açıqlamasında 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib:

"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlə yanaşı Roy Kin də var.

Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb".

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.