Cümə 19.04.2024

“Neftçi” “Keşlə” ilə üz-üzə

“Neftçi” “Keşlə” ilə üz-üzə

Azərbaycan Premyer Liqasında 5-ci turun matçları davam edir. İkinci oyun günündə bir görüş keçiriləcək.

“Neftçi” doğma meydanda “Keşlə” ilə üz-üzə gələcək. Dörd turdan sonra "Keşlə" 6 xalla 4-cü, "Neftçi" 4 xalla 6-cı pillədə qərarlaşıb.

Bu, iki komanda arasında Premyer Liqa tarixində yubiley - 60-cı oyun olacaq. Əvvəlki görüşlərin 31-də "Neftçi" qələbə qazanıb. Qalan 28 matçın yarısı heç-heçə, yarısı "Keşlə"nin qalibiyyəti ilə yekunlaşıb.

Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Ötən gün isə “Sumqayıt” “Sabah”ı məğlub edib (1:0), “Səbail” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib (1:1).

Azərbaycan Premyer Liqası

5-ci tur

22 sentyabr

18:30. “Neftçi” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov.

Bakı. 8-ci km stadionu