Şənbə 20.04.2024

Cavid İmamverdiyev “Keşlə”də

Cavid İmamverdiyev “Keşlə”də

"Keşlə" növbəti transferini reallaşdırıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, paytaxt təmsilçisi "Sabah"dan ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, və “Sumqayıt”da çıxış edib. Yarımmüdafiəçi Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub.

O, Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.