Cümə 19.04.2024

"Barselona" xal itirdi, Messi karyerasında 700-cü qolunu vurdu

"Barselona" xal itirdi, Messi karyerasında 700-cü qolunu vurdu

İspaniya La Liqasında 33-cü turun mərkəzi matçında “Barselona” Madrid “Atletiko”sunu qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Barselona"nın hücumçusu Lionel Messi bu görüşdə karyerasının 700-cü qolunu vurub.

Messi "Barselona"da keçirdiyi 724 matçda 630 qola imza atıb. Argentina yığmasının heyətində isə 138 matçda 70 dəfə fərqlənib.

“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko” turnir cədvəlində 3-cü yerdədir. Yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.

İspaniya La Liqası, 33-cü tur

"Barselona" – "Atletiko" - 2:2
Qollar: D.Kosta, 11 (avtoqol). Messi, 50-pen – Saul, 19-pen; 62-pen.