Çərşənbə 24.04.2024

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi müəyyənləşdi

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi təsdiqlənib. 8 - 11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. "Qarabağ" mübarizəyə avqustun 18/19-da I təsnifat mərhələsindən başlayacaq.

II təsnifat mərhələsi 25/26 avqustda, III təsnifat mərhələsi 15/16 sentyabrda bir oyunluq sistemlə təşkil ediləcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri keçiriləcək.

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24/25 noyabr, 1/2 dekabr və 8/9 dekabrda nəzərdə tutulub.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/8 final

İlk oyunlar - 16/17 fevral və 23/24 fevral
Cavab görüşləri - 9/10 mart və 16/17 mart

1/4 final

İlk oyunlar - 6/7 aprel
Cavab görüşləri - 13/14 aprel

Yarımfinal

İlk oyunlar - 27/28 aprel
Cavab görüşləri - 4/5 may

FİNAL

29 may

Final matçı İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək.