news-details
Xəbərlər

Çempion Mançesterdə darmadağın oldu - VİDEO

İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi qarşılaşması Mançesterdə keçirilib. Bir tur öncə çempionluğunu rəsmiləşdirən "Liverpul" "Mançester Siti" ilə üz-üzə gəlib.

Görüş "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Kevin De Brüyne, Rahim Sterlinq, Fil Foden və Okslayd Çemberland (avtoqol) fərqləniblər.

Gecənin digər oyununda isə “Şeffild Yunayted” doğma divarlar arasında “Tottenhem”lə qarşılaşıb. Bu oyunda da qapılara 4 qol vurulub. Meydan sahiblərinin heyətində Sander Berq, Lis Musse və Oliver MakBerninin qollarına qonaqlar yalnız Hari Keynlə cavab verə biliblər. Nəticədə 3:1 hesablı üstünlük əldə edən “Şeffild Yunayted” turnir cədvəlində 4 pillə irəliləyərək 7-cidir. Turu xalsız başa vuran “Tottenhem” isə 9-cu yerə yuvarlanıb.

Çempionluğunu rəsmiləşdirən “Liverpul”un 86 xalı var. Onlara qalib gələn “Mançester Siti” isə xal ehtiyatını 66-a yüksəltməklə ikincilik mövqeyini bir qədər də möhkəmlədib. “Lester” 55 xalla üçüncü, onlardan 1 xal geri qalan “Çelsi” isə ilk dördlüyü tamamlayır. Hər biri 52 xal toplayan “Mançester Yunayted” ilə “Vulverhempton” isə müvafiq olaraq, 5 və 6-ci yerləri bölüşürlər.

Digər xəbərlər