Cümə axşamı 28.03.2024

"Sabah" Jelko Sopiçlə vidalaşdı

"Sabah" Jelko Sopiçlə vidalaşdı

"Sabah" klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.