Şənbə 20.04.2024

Chessable Masters: Maqnus Karlsen ilk final görüşündə qalib gəldi

Chessable Masters: Maqnus Karlsen ilk final görüşündə qalib gəldi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı keçirilən seriya turnirinin üçüncü - “Chessable Masters” yarışının final mərhələsinə start verilib. Həlledici etapa vəsiqə qazanan Karlsen və niderlandlı Aniş Girinin ilk görüşündə norveçli zəka sahibi qalib gəlib.

Onlayn formatda keçirilən matçda Karlsen tay-brekdə rəqibinə 3,5:2,5 hesabla qalib gəlib. Bu gün final mərhələsinin ikinci matçı oynanılacaq.

B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır. Yarışın qalibi 45 min dollar qazanacaq.

Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsində Maqnus Karlsen, ikincidə rusiyalı şahmatçı Daniel Dubov qalib olub. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.