Cümə axşamı 18.04.2024

“Bayern Münhen” "qızıl dubl" etdi - VİDEO

“Bayern Münhen” "qızıl dubl" etdi - VİDEO

Almaniya kubokunun final oyunu keçirilib. Həlledici matçda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bayern Münhen” Leverkuzen “Bayer”i ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı qarşılaşma Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, “Bayern” bu mövsümü “qızıl dubl”la bitirib.

Qeyd edək ki, bu, “Bayern Münhen”nin tarixində 20-ci belə uğurdur. Münhen təmsilçisi kubok sayında rekordçudur. Almaniya kubokunda bu komandadan sonra ən çox uğura imza atan “Verder”dir – 6 dəfə.

Almaniya kuboku, final

4 iyul

"Bayer" – "Bayern Münhen" - 2:4
Qollar: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.