Çərşənbə 24.04.2024

“Yuventus”la “Milan”dan darmadağın

“Yuventus”la “Milan”dan darmadağın

İtaliya A Seriyasında XXX tura start verilib. Lider “Yuventus” turun açılış matçında Turində şəhərin digər komandası “Torino”nu qəbul edib.

Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər. “Sassuolo” da “Leççe”ni məğlub yola salıb.

Turun mərkəzi oyunu "Latsio" və "Milan" komandaları arasında keçirilib. Romadakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xalını 46-ya çatdıran "Milan" “Napoli”ni qabaqlayaraq 6-cı sıraya yüksəlib. 68 xalla ikinci yerdə gedən "Latsio" isə lider "Yuventus"dan 7 xal geri düşüb.