Şənbə 20.04.2024

"Zenit" 6 qat Rusiya çempionu oldu

"Zenit" 6 qat Rusiya çempionu oldu

Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

Lider “Zenit” “Krasnodar” klubunun qonağı olub. Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.

Bu, “Zenit”in ardıcıl 2-ci, tarixdə 6-cı çempionluğudur. Peterburq klubu çempionluq sayında ÇSKA-ya çatıb. Ən çox qızıl medallara isə "Spartak" 10 dəfə nail olub.