news-details
Xəbərlər

"Liverpul" "Bayern Münhen"in futbolçusunu transfer edir

"Liverpul" klubu "Bayern Münhen"in futbolçusu Tyaqo Alkantaranı transfer etməyə hazırlaşır.

29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. O, tibbi baxışdan keçdikdən sonra avqustun 1-də sözləşməyə imza atacaq.

Qeyd edək ki, Tyaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı oyunçu "Bayern Münhen"ə 2013/2014 mövsümündə keçib. O, ötən mövsüm 24 oyuna 3 qol vurub.

Digər xəbərlər