Cümə axşamı 25.04.2024

Avrokuboklara qatılacaq klublarımıza məşq icazəsi verildi

Avrokuboklara qatılacaq klublarımıza məşq icazəsi verildi

Yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalara məşq üçün icazə verilib.

Bununla bağlı Gənclər və İdman Nazirliyi bütün klubları məlumatlandırıb. Nazirlər Kabineti yanında Operativ Qərargah avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.

Məşq etmələrinə icazə verilən klublar yenidən koronavirus testindən keçəcəklər.

Yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək.