news-details
Xəbərlər

"Qarabağ" "Zirə"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq. Sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.

Lider “Qarabağ” turun qapanış matçında “Zirə”nin qonağı olacaq. İki komanda indiyədək 16 dəfə qarşılaşıb. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 12 dəfə uduzub və cəmi 4 heç-heçə edib. “Qarabağ” son üç qarşılaşmada qol buraxmayıb.

Xatırladaq ki, turun digər oyunlarında “Sumqayıt” – “Sabah”a qalib gəlibsə (1:0), “Səbail” – “Qəbələ” (1:1) və “Neftçi” – “Keşlə” (0:0) görüşləri heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

V tur

23 sentyabr

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov

Zirə İdman Kompleksinin stadionu

Digər xəbərlər