Cümə 26.04.2024

"Barselona" "Espanyol"u aşağı liqaya endirdi - VİDEO

"Barselona" "Espanyol"u aşağı liqaya endirdi - VİDEO

İspaniya La Liqasında 35-ci turun görüşləri keçirilir. İkinci oyun günündə “Betis” “Osasuna”nı doğma meydanda üç cavabsız qolla məğlub edib. Səfərdə “Xetafe” ilə qarşılaşan “Vilyarreal” da turu qələbə ilə başa vurub.

“Barselona” isə Kataloniyanın digər təmsilçisi “Espanyol”u sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olub. Yeganə qolu 56-cı dəqiqədə Luis Suares vurub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı hər iki komanda azlıqda bitirməli olub. 50-ci dəqiqədə "Barselona"dan Ansu Fati, 53-cü dəqiqədə isə "Espanyol"dan Pol Losano qırmızı vərəqə alıb.

Bu qələbə sayəsində xalını 76-ya çatdıran "Barselona" lider "Real Madrid"lə xal fərqini minimuma endirib. Lakin "kral klubu" hələ hesabat turunun "Alaves"lə ev oyununa iyulun 10-da çıxacaq.

"Espanyol" isə 24 xalla sonuncu pillədə qalıb və 27 ildən sonra La Liqanı tərk edib.