Cümə axşamı 28.03.2024

Millimizin futbolçusu "Sabah"da

Millimizin futbolçusu "Sabah"da

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.