Cümə 29.03.2024

Klublarımızın avrokubok oyunları azarkeşsiz keçiriləcək

Klublarımızın avrokubok oyunları azarkeşsiz keçiriləcək

2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçirilmiş iclasında qəbul olunub.Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək qitə futbol qurumunun bayrağı altında təşkil olunmuş matçlara fanatlar buraxılmaması məqsədəuyğun sayılıb.

Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq.

Yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.