Cümə 29.03.2024

"Keşlə" hücumçusu ilə müqaviləni yenilədi

"Keşlə" hücumçusu ilə müqaviləni yenilədi

“Keşlə” klubu futbolçusu Aleksandr Kristovao ilə müqavilə müddətini yeniləyib.

Paytaxt təmsilçisinin rəsmi saytının verdiyi məlumata görə, anqolalı hücumçu ilə sözləşmə növbəti mövsümün sonunadək uzadılıb.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə transfer olunublar.