news-details
Xəbərlər

Çempionlar Liqası: 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib. "CBC Sport"la canlı yayımlanan mərasimdə 1/4 və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib.

12-15 avqust

1/4 final

"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

"Leypsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bayern Münhen" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

"Atalanta" (İtaliya) - PSJ (Fransa)

18-19 avqust

Yarımfinal

1-ci cütün qalibi - 3-cü cütün qalibi

2-ci cütün qalibi - 4-cü cütün qalibi

Qeyd edək ki, 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

1/8 final mərhələsinin 4 cavab görüşü isə 7-8 avqust tarixlərində olacaq. Final matçı isə avqustun 23-də təşkil ediləcək.Həmin qarşılaşmada "Leyptsiq" (Almaniya) / "Atletiko" (Madrid, İspaniya) - "Atalanta" (İtaliya) / PSJ (Fransa) cütləri arasındakı görüşün qalibi nominal meydan sahibi sayılacaq.

Digər xəbərlər