Şənbə 20.04.2024

“Sabah”ın yeni baş məşqçisi məlum oldu

“Sabah”ın yeni baş məşqçisi məlum oldu

“Sabah”ın yeni baş məşqçisi bəlli olub. Klubun saytının verdiyi xəbərə görə, komandanı bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanıb.

Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.