Cümə axşamı 28.03.2024

"Yuventus" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu - VİDEO

"Yuventus" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu - VİDEO

İtaliya A Seriyasında 32-ci tura start verilib. İlk oyun günündə üç qarşılaşma keçirilib. Son turlarda uğursuz çıxış edən “Latsio”, “Sassuolo” ilə ev oyunundan məğlub ayrılıb. Paytaxtın digər təmsilçisi “Roma” səfərdə “Breşiya”nı darmadağın edib.

Turun mərkəzi matçında isə "Atalanta" "Yuventus"la qarşılaşıb. “Alyans-Yuventus” stadionunda keçirilən matç 2:2 hesabı ilə başa çatıb.

Görüşdə hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata "Atalanta"nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə "Atalanta"nı növbəti dəfə hesabda önə çıxarıb.

Turin klubu Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən qaçıb.

"Yuventus" 32 turdan sonra 76 xalla ilk pillədəki mövqeyini möhkəmlədib. "Atalanta" isə 67 xalla 3-cüdür.