Cümə 19.04.2024

"Mançester Siti"nin cəzası ləğv edildi

"Mançester Siti"nin cəzası ləğv edildi

İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərənin "Mançester Siti" klubu ilə bağlı qərarını açıqlayıb.

Qurum Premyer Liqa təmsilçisinin şikayətini təmin edib. UEFA-nın "şəhərlilər"in avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərar ləğv olunub.

Maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılan "şəhərlilər" 10 milyon avro cərimələniblər.