news-details
Xəbərlər

AFFA Bernhard Lippertlə vidalaşdı

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

Assosiasiyanın rəsmi saytının verdiyi xəbərə görə, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər