news-details
Xəbərlər

XXI əsrin ən yaxşı hücumçusu Messidir

“Give Me Sport” nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.

726 matçda 630 qol vurmuş "Barselona"nın hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.

İkinci yerdə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. İlk üçlüyü "Bayern Münhen"in hücumçusu Robert Levandovski (0,73) bağlayıb. Onun hesabında 472 oyunda 345 qol var.

Siyahıda yer alan digər futbolçular bunlardır:

1. Lionel Messi (0,87)
2. Kriştianu Ronaldu (0,77)
3. Robert Levandovski (0,73)
4. Luis Suares (0,67)
5. Neymar (0,65)
6. Kilian Mbappe (0,65)
7. Harri Keyn (0,63)
8. Zlatan İbrahimoviç (0,62)
9. Edinson Kavani (0,61)
10. Rud Van Nistelroy (0,60)
11. Serxio Aquero (0,59)
12. Radamel Falkao (0,58)
13. Tyerri Anri (0,57)
14. Ronaldo (0,56)
15. Pauleta (0,56)

Digər xəbərlər