news-details
Xəbərlər

De Byazi: "Ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm"

Azərbaycan millisinin yeni baş məşqçisi olacaq Canni De Byazi Albaniyanın "Panoramasport" nəşrinin suallarını cavablandırıb. Təcrübəli çalışdırıcı öncə Azərbaycan yığmasını seçməsi barədə fikirlərini bölüşüb:

"Albaniyadakından fərqli və mürrəkəb şəraitdə daha bir cəhd üçün Azərbaycanı seçdim. Hesab edirəm ki, ən azından Millətlər Liqası vasitəsilə belə bir imkanımız olacaq. Qrup mərhələsi asan keçməyəcək. Komandanı hazırlaşdırmaq üçün vaxtım çox azdır. Avqustun ilk günlərində Azərbaycana gedəcəyəm, sentyabrın 5-də isə oyunlar başlayacaq. Fikrimcə, yığmaya çağırılacaq futbolçularla danışmalı, onları tanımalı, nəyə qadir olduqlarını bilməliyəm".

De Byazi "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollinin məşqçilər heyətində yer alması məsələsinə də toxunub:

"Ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm. Aqollinin "Nyu-York Kosmos"la ilin sonunadək müqaviləsi var. Görək, alınacaqmı? Bu, mənim üçün çox vacibdir. Çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollinin peşəkarlığı xoşuma gəlir".

Digər xəbərlər