Cümə axşamı 28.03.2024

Azərbaycan atletika üzrə dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq

Azərbaycan atletika üzrə dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq

Sentyabrın 27-də Qətərin paytaxtı Dohada Atletika üzrə Dünya Çempionatına start veriləcək. Oktyabrın 6-dək davam edəcək mundialda Azərbaycan yığma komandası üç təkanla tullanma yarışında Nazim Babayev, Aleksis Kopello, marafon qaçışında Evans Kiplaqat, çəkic atmada Anna Skidanla təmsil olunacaq.

Dünya çempionatından öncə isə Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki hesabat Konqresi keçiriləcək. Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə Dohaya səfər edərək, həmin konqresdə iştirak edəcəklər.

11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.