Cümə 26.04.2024

Peşəkar Futbol Liqası medalçıları mükafatlandırdı - FOTO

Peşəkar Futbol Liqasında (PFL) I Divizionun 2019/2020 mövsümünün medalçıları mükafatlandırılıb.

PFL-in saytının verdiyi xəbərə görə, COVID-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə "Zaqatala" futbol klubunun prezidenti Musa Qurbanova bürünc medallar təqdim olunub.

Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan "Səbail-2" medallarına qovuşub.

Tədbirdə çempion "Turan Tovuz"u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil ediblər. Qızıl medallar və kubok kapitana təqdim edilib.

Qeyd edək ki, futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.