Cümə axşamı 25.04.2024

"Real Madrid" 34-cü dəfə İspaniya çempionu oldu

"Real Madrid" 34-cü dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

"Real Madrid" ölkə çempionatının 37-ci turunda doğma meydanda "Vilyarreal"a 2:1 hesabı ilə qalib gəlib və xalını 86-ya yüksəldib. Bununla da, Zinəddin Zidanın komandası mövsümün bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib.

Beləliklə, "Kral klubu" tarixində 34-cü dəfə ölkə çempionu olub.

Qeyd edək ki, 37-ci turda "Osasuna"ya 1:2 hesabı ilə uduzan "Barselona" 79 xalla 2-ci, "Atletiko" 69 xalla 3-cüdür.