Cümə 26.04.2024

"Neftçi" yeni transferini açıqladı

"Neftçi" yeni transferini açıqladı

"Neftçi” daha bir transferini rəsmiləşdirib. Klubun saytının verdiyi xəbərə görə, nigeriyalı futbolçu Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi komandanın heyətində 24 nömrəli formanı geyinəcək.

İlk klubu "Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.