"Qarabağ"ın transfer edəcəyi Kevin Medina artıq Bakıdadır. 27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə "Instagram" hesabında paylaşım edib.
Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.
Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub.